Home page
Rooms
Restaurants
Conference
Health club
Resrvation
Services
Phototour
Contact
English / Azeri
Baş Restoran  |  Üzən Restoran  |  Qızıl Bar  |  Vitamin bar
Qonaqlar Əsas Restoranda açıq bufetdən, eləcə də, 07:00 – 11:00 ərzində xidmət göstərən a la carte breakfast xidmətindən istifadə edə bilərlər. Gözəl şəkildə hazırlanmış bufet səhər yeməyi stolları geniş müxtəliflikdə meyvələr, soyutma ət çeşidləri, təzə qənnadı məmulatları və müxtəlif soyuq taxıl məmulatları təqdim edir. Burada, həm də, geniş çeşiddə isti səhər yeməklərindən də seçim etmək olar. Geniş əsas restoran qonaqlara Klassik Azəri mətbəxini və Beynəlxalq mətbəxi təklif edir. Restoran, həm də, dünya mətbəxindən ləziz balıq yeməkləri, dəniz məhsullarından hazırlanmış nümunələr və közdə qızardılmış ət yeməklərini təqdim edir. Eyni zamanda, qonaqların həftədə 3 dəfə möhtəşəm mühitdə canlı əyləncədən həzz almaq imkanı var.

Otaqda Yemək Xidməti
Qonaqlar gün ərzində 24 saat öz rahat otaqlarında təqdim olunan yemək xidmətindən də istifadə edə bilərlər. Qonaqlarımızın rahatlığı üçün səhər yeməyi və ya istənilən digər vaxtlarda xüsusi otaq yemək xidməti fəaliyyət göstərir. Sizin zövqünüzü oxşamaq məqsədilə incə və ləziz şəkildə bəzənmiş yeməklər zərif təzə çiçəklərin müşayətində təqdim olunur. Əlavə olaraq, bizim Şef aşbazımız sifariş olunan istənilən yeməklərlə qonaqlarımızı sevindirməyə şad olacaq.
Designed by D&F web studio