Home page
Rooms
Restaurants
Conference
Health club
Resrvation
Services
Phototour
Contact
English / Azeri
Spa  |  GYM
   The Golden Coarst Sağlamlıq Klubu bütün hisslərin yenidən canlana biləcəyi sakit bir məkan yaradır və qonaqların ümumi sağlamlığının yaxşılaşmasını təmin edir. Bizim bütünlüklə təşkil olunmuş idman zalımızda sizə təcrübəli mütəxəssislər xidmət göstərir. İdman zalı velosipedlər, addımlama və qaçış maşınları, proqramlaşdırılmış ötürücü maşınlar və müxtəlif çeşidli digər avadanlıqlar daxil olmaqla ən son rəqəmsal idman avadanlıqları ilə təchiz edilmişdir. Qonaqlarımız müasir xidmət vasitələrindən istifadə edərkən müxtəlif televiziya kanallarını da izləmək imkanına malik olacaqlar. Qadın və kişilər üçün ayrıca nəzərdə tutulmuş sahələri olan SPA bədənin sağlamlığı və fitnes üçün rahat şərait təklif edir. Təmiz və müasir şərait qonaqların münasib mühitdən tam həzz almasını təmin edir. Qonaqlar özlərini bizim peşəkar mütəxəssislərin istənilən cavanlaşdırma proseduralarına rahatlıqla təslim edə bilərlər. Bizim geniş xidmətlərimizə xüsusi masajlar, sauna və buxar otaqları, xüsusi bədən və üz proseduraları, pedikür və manikür xidmətləri daxildir.
Designed by D&F web studio